Öldüyü deyilən Kadırov DANIŞDI
Facebook
Вконтакте
Одноклассники
Google+
Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubinin teleqram kanalında məlumat verilib.
Kadırov onun səhhəti ilə bağlı yalan məlumat yayanlardan danışaraq, belə insanların “dövləti, dinləri və xalqları məhv etmək” niyyətində olduğunu vurğulayıb.
“Mən tamamilə sağlamam”, - deyə Kadırov bildirib.
Qeyd edək ki, daha öncə Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı.