ABŞ razılaşmanın şərtlərini yerinə yetirəcək - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya yardımının davam etməli olduğunu bildirib.

Telexeber.az xəbər verir ki, Zelenski paytaxt Kiyevdə keçirilən illik mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb. O əminliklə bildirib ki, ABŞ Ukraynaya xəyanət etməyəcək və razılaşmanın şərtlərini sona qədər yerinə yetirəcək. Vladimir Zelenski bəyan edib ki, Ukraynada davam edən müharibədə ordusunun cəbhədəki ehtiyaclarını ödəmək üçün beynəlxalq maliyyə yardımı və silah yardımının davam etdirilməsi vacibdir.


Rusiya ilə danışıqların mümkünlüyünə toxunan Zelenski bildirib ki, Rusiya tərəfi buna hazır deyil. Zelenski "Bu gün bu məsələ gündəmdə deyil. Mən Rusiyadan tələb görmürəm” deyə bildirib.
Популярный ролик