Rusiya Qara dəniz donanmasının komandanı istefaya göndərildi

Rusiya Qara dəniz donanmasının komandanı Viktor Sokolov istefaya göndərilib.

Telexeber.az xəbər verir ki, yerli KİV-lər onun istefaya göndərilməsinə Ukrayna ordusunun Qara dənizdə “Sezar Kunikov” desant gəmisinə uğurlu hücum etməsinin səbəb olduğunu yazıb. Məlumata görə, Viktor Sokolovu vitse-admiral Sergey Pinçuk əvəzləyib.


Rusiya tərəfi məsələ barədə rəsmi açıqlama verməyib.
Популярный ролик