Belarusda ilk dəfə vahid səsvermə keçirilir
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarının seçilməsi üçün ölkə tarixində ilk vahid səsvermə keçirilir.
Telexeber.az xəbər verir ki, vahid səsvermə 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun təşkil olunub.
Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası keçirilib. İndi parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcək.
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 110 yeri uğrunda 263 namizəd mübarizə aparır.