Bu ölkədə güclü zəlzələ oldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.
Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası (Medvedyev-Şponhoyer-Karnik şkalası- Qeyd) üzrə 7,6 bal olub.