İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırdı

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.

Telexeber.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz "X" səhifəsində yazıb. Nazir bildirib ki, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması səbəbindən qəbul edilib. İsrailli nazirin sözlərinə görə, BMT-nin baş katibi Antoniu Quterreş bu hesabata lazımi diqqət yetirməyib və onun müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmayıb.


Rəsmi Təl-Əviv qeyd edir ki, sözügedən hücum sərhədyanı kəndlərin əhalisinə qarşı çoxsaylı cinsi zorakılıq halları ilə müşayiət olunub.
Популярный ролик