İtaliyada bir gündə 427 nəfər koronavirusdan öldü
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyada koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Telexeber.az xəbər verir ki, ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellini son rəqəmləri açıqlayıb.
Onun sözlərinə görə, İtaliyada son 24 saatda 427 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə ölü sayı 3405 nəfərə çatıb.
Hazırda İtaliyada 41 mindən çox virus daşıyıcısı qeydə alınıb. Xəstələrdən 4400 nəfəri sağalaraq evə buraxılıb.