Putin xalqa müraciət etdi: ''Evdə qalın''
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib.
Telexeber.az xəbər verir ki, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə gələn həftəni qeyri-iş həftəsi elan edib. Dövlət başçısı gələn həftə qeyri-iş həftəsi olmasına baxmayaraq insanların məvaciblərinin saxlanılacağını söyləyib.
V. Putin ölkə əhalisini diqqətli olmağa, həkimlərin və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb: “Bizimlə sərhəd olan ölkələrdə koronavirus epidemiyası yayılıb. Ona görə də, insanlarımız diqqətli olmalıdırlar. Hökumətin göstərişlərinə ciddi riayət etməlidirlər. Bütün bu göstərişlər sizin sağlamlığınız üçündür. Üzümüzə gələn həftəni qeyri iş həftəsi elan edirik. Sizi evdə qalmağa çağırıq".
Qeyd edək ki, indiyə qədər Rusiyada 658 virusa yoluxma halı aşkarlanıb, 29 nəfər sağalıb, 122 min nəfər nəzarət altındadır.
Rusiya Prezidenti həmçinin gələn həftənin rusiyalılar üçün maaşlar qorunmaqla qeyri-iş zamanı olacağını açıqlayıb. Qeyri-iş günləri martın 28-dən başlayacaq və aprelin 5-də bitəcək.