Erməni əsilli fransalı siyasətçi koronavirusdan öldü
Facebook
Вконтакте
Одноклассники
Google+

Fransanın O-de-Sen departamentinin Baş Şurasının sədri, keçmiş nazir Patrik Devedjyan martın 28-dən 29-na keçən gecə koronavirusdan vəfat edib.
Telexeber.az xəbər verir ki, 75 yaşlı erməni əsilli siyasətçi koronavirus diaqnozu qoyulduqdan sonra xəstəxanaya yerləşdirilib.
Devedjyan 4 dəfə Fransa parlamentinin üzvü seçilib. O, 2002-ci ildə yerliözünü idarəetmə naziri, 2004-2005-ci illərdə sənaye naziri işləyib.
Sabiq prezident Nokola Sarkozinin yaxın köməkçisi olub. Sarkozinin partiyasının baş icraçı katibi olub.