Zarafat olduğunu zənn edib telefonu Merkelin üzünə qapatdılar

Zarafat olduğunu zənn edib telefonu Merkelin üzünə qapatdılarAlmaniya kanslaeri Angela Merkel karonavirus riskinə qarşı özlərini yanğınsöndürmə idarəsində könüllü olaraq karantinə alan yanğınsöndürənləri bu davranışlarına görə təbrik etmək istəyib.

Telexeber.az xəbər verir ki, Merkel bunun üçün Berqen Rügen şəhərindəki yanğınsöndürmə binasına telefonla zəng edib. Lakin o, heç gözləmədiyi bir halla qarşılaşıb: Telefonu açan idarə rəisi Andre Masviek danışanın Merkel olduğunu inanmayıb və "İndi bu cür zarafatlar ediləcək zaman deyil" deyərək telefonu kanslerin üzünə bağlayıb.
Daha sonra yalnışlıq aradan qaldırılıb. Bütün yanğınsöndürənlər telefonun başına yığışaraq Merkelin ikinci dəfə zəng etməsini gözləyiblər.

Mənbə: ntv.com.tr
Популярный ролик