Trampla Ərdoğan koronavirusu müzakirə etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Telexeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətləri, regional prosesləri, həmçinin dünyanı bürüyən koronavirusla mübarizə məsələlərini müzakirə ediblər.
Bundan əlavə, liderlər virusla mübarizədə birgə addımlar atmağın vacibliyini vurğulayıblar.