Bu ölkədə daşqınlar nəticəsində 32 nəfər öldü

Sudanda baş verən leysan və daşqınlar nəticəsində 32 nəfər həlak olub.

Telexeber.az xəbər verir ki, bu barədə Sudanın Səhiyyə Nazirliyi məlumat verib.


Bildirilib ki, ölkənin 18 əyalətindən 7-si yağış və daşqınlardan zərər çəkib.

Daşqın və leysan səbəbindən 32 nəfərin həyatını itirdiyi, 107 nəfərin yaralandığı, 5 min 575 evin isə qismən və tamamilə dağıldığı qeyd edilib.
Популярный ролик