Rusiya qüvvələrini Ukraynadan Kurska gətirir - KİV

Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumuna cavab olaraq Rusiya qoşunlarının bir hissəsini Ukraynadan çıxarır.

Telexeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Amerika rəsmiləri arasında olan mənbələrinə istinadən yazır. Qeyd olunur ki, bu qərar Ukrayna qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatın Rusiya ordusunun məcburi yenidən qruplaşmasına səbəb olduğunu göstərir.


Nəşrin bildirir ki, ABŞ hələ də Rusiyanın bu addımının əhəmiyyətini müəyyən etməyə çalışır. Rusiyanın Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun köçürdüyü isə hələki məlum deyil. Həmçinin bildirilir ki, bu qiymətləndirmə Ukrayna rəsmilərinin Kursk vilayətində gözlənilməz əməliyyatının Rusiya qoşunlarını Ukraynadan yayındırması ilə bağlı bəyanatlarını təsdiqləyir.

Eyni zamanda, "Politico" nəşri yazır ki, Kursk bölgəsinə müdaxiləyə cavab vermək üçün "nisbətən kiçik" sayda rus bölmələri geri çəkilib.
Популярный ролик