Bu ölkə Kiyevə rekord sayda PUA göndərdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Latviya Ukraynaya 1300 dron göndərib, daha 1400 dron isə tədarük üçün hazırlanır.
Telexeber.az xəbər verir ki, bununla bağlı Latviyanın müdafiə naziri Andris Spruds "X" sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, ümumilikdə Ukraynaya Latviya istehsalı olan 2700 PUA tədarük ediləcək.
Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, ümumilikdə Latviya Kiyevə müxtəlif tipli və xüsusiyyətli 3 min pilotsuz uçuş aparatı verib.
"Latviya şirkətləri ilə birlikdə biz Ukraynanın qələbəsinə qədər dəstəyimizi davam etdirəcəyik", - Spruds vurğulayıb.