Aİ Pavel Durovun həbsini şərh etməkdən imtina etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Avropa Komissiyası Telegram-ın yaradıcısı Pavel Durovun həbsinə münasibət bildirməyib.
Telexeber.az TASS-a istinadən xəbər verir ki, onlar bu prosesi milli araşdırma adlandırıblar:
"Bu, milli araşdırmadır, biz bunu şərh etmək niyyətində deyilik. Siz Fransanın hakimiyyət orqanları ilə əlaqə saxlamalısınız".
Fransa Xarici İşlər Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, XİN ölkənin məhkəmə sisteminin prinsiplərinə uyğun olaraq vəziyyəti şərh edə bilməz.