Borrell Livandakı peycer partlayışlarını pislədi
Facebook
Вконтакте
Одноклассники
Google+

Avropa diplomatiyasının rəhbəri Josep Borrell ölkədə peycerlərin kütləvi partlayışından sonra Livanın xarici işlər naziri Abdullah Bu Həbibə telefonla zəng edib.
Telexeber.az xəbər verir ki, Josep Borrell Livandakı peycər partlayışlarını pisləyib:
"Bu vəziyyəti son dərəcə narahatedici hesab edirəm. Mən Livanın təhlükəsizliyini və sabitliyini təhlükə altına alan bu hücumları qınayıram”.
O əlavə edib ki, baş verənlər regionda münaqişənin gərginləşməsi riskini artırır.
Qeyd edək ki, sentyabrın 17-də Livanda peycer partlayışları baş verib. Partlayışlar nəticəsində 12 nəfərin həlak olduğu bildirilib.