SEPAH İsraillə əməkdaşlıq etdiyi üçün 12 nəfəri həbs etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin 6 vilayətində İsrail adından fəaliyyət göstərən 12 agentin müəyyən edilməsi ilə nəticələnən əməliyyatın başa çatdığını elan edib.
Telexeber.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, onların hamısı həbs olunub.
Həbs edilənlərin İranda sabitliyi pozmağa yönəlmiş aksiyalar həyata keçirməyi planlaşdırdıqları iddia edilir.
Qeyd edək ki, sentyabrın 17 və 18-də Livanda müxtəlif rabitə cihazlarında - peycerlərdə, noutbuklarda, rasiyada çoxsaylı partlayışlar baş verib. 30-dan çox insan həlak olub, 4 mindən çoxu yaralanıb. İsrail prezidenti ölkənin bu hücumda iştirakını inkar edib.