İsrail "Hizbullah"ın qərargahını vurdu

İsrail ordusu Livanda "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsinə hücum edib.

Telexeber.az xəbər verir ki, hücum zamanı “Hizbullah”ın mətbuat ofisi bombalanıb. Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib. Hücumlar barədə açıqlama verən İsrail ordusu “Hizbullah”ın kəşfiyyat məntəqələrini vurduğunu iddia edib.


Qeyd edək ki, ötən gün “Hizbullah” Dahiyəni mətbuat mənsublarının üzünə açıb və onlara İsrailin hücumlarının törətdiyi dağıntıları müşahidə etməyə icazə verib.
Популярный ролик