Boris Conson xəstəxanaya yerləşdirildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün öncə yeni növ koronavirus testi pozitiv çıxan İngiltərə Baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
Telexeber.az xəbər verir ki, bu barədə Nazirlik ofisindən yazılı açıqlama yayımlanıb:
"Baş nazir həkimlərin tövsiyəsindən sonra koronavirus testləri üçün xəstəxanaya yerləşdirilib".
55 yaşlı Baş nazir Consonda koronavirus əlamətlərinin görülməsinin davam etdiyi bildirilib və onun xəstəxanaya yerləşdirilməsinin tədbir məqsədli olduğu ifadə edilib.
Qeyd edək ki, yüksək hərarət və öskürək kimi simptomları olan Consonun martın 27-də keçdiyi tetslər pozitiv nəticələnmişdi.
Mənbə: cnn.com