50 ildir quruyan göl su ilə doldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərakeşdə iki gün davam edən güclü yağışlar bölgəyə illik yağıntı qədər suyun gəlməsinə səbəb olub.
Telexeber.az xəbər verir ki, su Böyük Səhranın quraq bölgələrinə də çatıb. Mərakeş hökuməti bəyan edib ki, bu, son onilliklərin ən güclü yağışı olub. Son 30-50 ildə ölkəyə bu qədər yağıntı düşməyib. Cənub-şərqdəki Rabat şəhərinə bir gündə təxminən 10 santimetr yağış yağıb. NASA peyklərindən çəkilən görüntülərə görə, Zaqora ilə Tata arasında yerləşən və 50 ildir quraq olan İriki gölü də yağışlar nəticəsində dolub.
Bildirilib ki, yağıntılar havada rütubəti artırmaqla ölkənin illərlə davam edəcək hava şəraitinə təsir göstərə bilər. Güclü yağış nəticəsində su anbarlarının rekord sürətlə dolması yerli əhalini əlavə su ehtiyatı təmin edəcək.