İsveç Kral Elmlər Akademiyasında bu gün keçirilən mətbuat konfransında Nobel İqtisadiyyat Mükafatının qalibləri açıqlanıb.
Telexeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilin mükafatçıları arasında erməniəsilli iqtisadçı professor Daron Əcəmoğlu da yer alıb. Əcəmoğlu Böyük Britaniyadan iki pofessor ilə birlikdə institutların formalaşması və rifaha təsirləri ilə bağlı tədqiqatlarına görə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb. Beləliklə, Daron Əcəmoğlu Türkiyəyə üçüncü Nobel mükafatını qazandırmış oldu.
Türkiyə adına indiyə qədər iki nəfər Nobel mükafatına layiq görülüb. Bunlardan biri 2006-cı ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Orxan Pamuk, digəri isə 2015-ci ildə Nobel Kimya Mükafatını alan Əziz Sancardır. Bu siyahıya Daron Acemoğlu da daxil olub.
Qeyd edək ki, Nobel mükafatını qazanan ölkələrin sayı 82-dir. Türkiyə 3 Nobel mükafatı ilə bu siyahıda 31-ci yerdə qərarlaşıb. Ümumilikdə 3 Nobel mükafatı qazanmış ölkələrin sayı 7-dir.
Tarix boyu ən çox Nobel mükafatı qazanan ölkə ABŞ-dir. Bu ölkə 420 mükafatla birinci sıradadır. Ən yaxın izləyicisi Böyük Britaniya isə 141 mükafatla ikinci, Almaniya isə 115 mükafatla üçüncü sırada yer alır.
İlk onluğu tamamlayan ölkələr və mükafat sayı isə belədir: Fransa (76 Nobel mükafatı), İsveç (34 Nobel mükafatı), Yaponiya (31 Nobel mükafatı), Rusiya (30 Nobel mükafatı), Kanada (28 Nobel mükafatı), İsveçrə (25 Nobel mükafatı), Avstriya (25 Nobel mükafatı).
Nobel mükafatı alan ölkələr və onların mükafat saylarının siyahısını təqdim edirik:
ABŞ - 420
Böyük Britaniya - 141
Almaniya - 115
Fransa - 76
İsveç - 34
Yaponiya - 31
Rusiya - 30
Kanada - 28
İsveçrə - 25
Avstriya - 25
Hollandiya - 22
İtaliya - 21
Polşa - 19
Macarıstan - 18
Avstraliya - 14
Danimarka - 14
Norveç - 14
İsrail - 13
Belçika - 11
İrlandiya - 11
Cənubi Afrika - 11
Hindistan - 10
Çin - 8
İspaniya - 8
Çexiya - 6
Argentina - 5
Finlandiya - 5
Misir - 4
Rumıniya - 4
Ukrayna - 4
Türkiyə - 3
Belarus - 3
Xorvatiya - 3
Litva - 3
Meksika - 3
Yeni Zelandiya - 3
Yuqoslaviya - 3
Bosniya və Herseqovina - 2
Çili - 2
Kolumbiya - 2
Kipr - 2
Yunanıstan - 2
Qvatemala - 2
Livan - 2
Tunisiya - 2
İran - 2
Pakistan - 2
Əlcəzair - 2
Cənubi Koreya - 2
Banqladeş - 1
Braziliya - 1
Bolqarıstan - 1
Kosta Rika - 1
Konqo Demokratik Respublikası - 1
Efiopiya - 1
Farer Adaları - 1
Qana - 1
Honq Konq - 1
İslandiya - 1
İraq - 1
Keniya - 1
Ermənistan - 1
Latviya - 1
Şimali Makedoniya - 1
Mərakeş - 1
Myanmar - 1
Nigeriya - 1
Fələstin - 1
Peru - 1
Filippin - 1
Sloveniya - 1
Tanzaniya - 1
Trinidad və Tobaqo - 1
Venesuela - 1
Vyetnam - 1
Yəmən - 1