Bill Qeytsdən Kamala Harrisə 50 milyonluq dəstək
Facebook
Вконтакте
Одноклассники
Google+
Microsoft şirkətinin qurucusu Bill Qeyts ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisin namizədliyini dəstəkləyən qeyri-kommersiya təşkilatına böyük məbləğ bağışlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə “The New York Times” adını açıqlamayan mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Bill Qeyts Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyən “Gələcəyin İrəli” adlı təşkilata təxminən 50 milyon dollar bağışlayıb.
Qeyts məsələ barədə “The New York Times”ə açıqlamasında Harrisin namizədliyinə, ianə və dəstək kimi mövzulara toxunmayıb, lakin 2024-cü il prezident seçkilərinin digərlərindən fərqli olduğunu bildirib. Qeyts bu ilki seçkilərin ABŞ və dünya üçün daha əhəmiyyətli olduğunu ifadə edib.