Rusiya ərazisində güclü zəlzələ oldu

Rusiyanın Şimali Kuril adaları yaxınlığında 6,2 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

Telexeber.az xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova məlumat yayıb.


Yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alan və ya dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi mövcud deyil.
Популярный ролик