"Qəzzada mülki əhalinin ölümlərinə heç nə haqq qazandıra bilməz"
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa Prezidenti Emmanuel Makron Qəzzadakı hadisələrlə bağlı açıqlama verib.
Telexeber.az xəbər verir ki, Makron Mərakeş parlamentindəki çıxışında bildirib ki, Qəzza zolağında dinc əhalinin ölümünə heç nə haqq qazandıra bilməz və hücumlar dayandırılmalıdır. Onun sözlərinə görə, Qəzzada bu qədər sayda mülki insanın ölümünə bəhanə ola bilməz. Fransa prezidenti bəyan edib ki, Paris Qəzzada atəşkəs, israilli məhbusların azad edilməsi, xalqın müdafiəsi və Qəzza zolağına humanitar yardımların çatdırılmasını tələb edir.
Makron qeyd edib ki, Livanda da atəşkəs olmalıdır və ABŞ və digər müttəfiqlərlə bu məsələ üzərində işləyirlər. O, Livan və Qəzzaya hücumları dayandırmaq üçün İsrailə hərbi ixracın dayandırılmasını tələb etdiyini də vurğulayıb.