Tramp və Harris telefonda danışdı
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-də prezident seçkilərində qələbəsini elan edən respublikaçı Donald Trampla Demokrat rəqibi Kamala Harris arasında telefon danışığı baş tutub.
Telexeber.az xəbər verir ki, Kamala Harris Trampa zəng edərək, onu prezident seçilməsi münasibətilə təbrik edib. “The Washington Post”un məlumatına görə, telefon danışığı zamanı tərəflər hakimiyyətin təhvil verilməsi məsələsini də müzakirə ediblər. Tərəflər hakimiyyətin dinc yolu ilə verilməsinin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, Kamala Harris Trampın qələbəsindən sonra hələlik çıxış etməyib. Onun seçkilərdə məğlubiyyəti ilə bağlı çıxış edəcəyi deyilir.