HƏMAS Trampın qələbəsinə münasibət bildirdi

HƏMAS ABŞ-da prezident seçkilərində Donald Tramp qələbəsini elan edəndən sonra mesaj yayımlayıb.

Telexeber.az xəbər verir ki, açıqlamada deyilir ki, HƏMAS-ın ABŞ-ın yeni administrasiyasına münasibəti Vaşinqtonun Fələstin xalqına və onların haqq işinə siyasətindən asılıdır. HƏMAS-ın açıqlamasında 1948-ci il işğalından bu yana bütün ABŞ administrasiyalarının Fələstin məsələsinə sərt münasibət bəslədiyi bildirilib. Qeyd edilib ki, ABŞ hər sahədə həmişə İsrailin ən böyük dəstəkçisi olub.
Bəyanata görə, Vaşinqton administrasiyası, siyasi və hərbi dəstəyi ilə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla on minlərlə fələstinli öldürülməsində İsraillə tam tərəfdaşlıq edib.
Популярный ролик