İqlim dəyişikliyinin fəsadları - Alimlər xəbərdarlıq edir

Bütün xəbərdarlıqlara baxmayaraq, bəşəriyyət fosil (hidrokarbon ehtiva edən təbii qaz, neft və daş kömür) yanacaqlardan istifadəni dayandıra bilmir.

Telexeber.az bildirir ki, əvvəllər ekstremal hesab edilən iqlim hadisələri indi adi hala çevrilib. Alimlər xəbərdarlıq edir ki, əgər iqlim dəyişikliyi nəzarət altına alınmasa, qlobal fəlakət qaçılmaz olacaq.
İqlim dəyişikliyi nəticəsində əvvəllər nadir görünən istilik dalğaları artıq adi hadisəyə çevrilib. Bu vəziyyətin əsas səbəbi isə insan təsiri nəticəsində yaranan iqlim dəyişikliyidir.

Elm adamları xəbərdarlıq edir

Son illərdə Amerika, Avropa və Asiya qitələrində baş verən 24 istilik dalğası araşdırılıb. Araşdırmalar göstərib ki, fosil yanacaqların istifadəsi nəticəsində yaranan istixana qazları olmasa, bu cür istilik dalğalarının baş vermə ehtimalı sıfıra bərabərdir.

Daha dəqiq desək, bu hava hadisələri insan təsiri olmadan mümkün deyil. 550-dən çox istilik dalğası, sel, fırtına, quraqlıq və meşə yanğınlarının da qlobal istiləşmə səbəbilə daha da şiddətləndiyi vurğulanır.

Təhlükəli gələcək: Geriyə yol varmı?

Araşdırmalar göstərir ki, qlobal istiləşmə ölümcül hava hadisələrinin misli görünməmiş səviyyəyə çatmasına səbəb olub. Heç bir bölgənin bu təsirlərdən sığortalanmadığını bildirən alimlər Paris İqlim Sazişində hədəflənən 1.5 dərəcədən artıq istiləşmənin qaçılmaz olduğunu qeyd edir.

Alimlərə görə, istiləşmə 2.5-3 dərəcə səviyyəsinə çatsa, bu qlobal fəlakətə gətirib çıxaracaq. "Gedişatı dəyişdirmək üçün artıq çox gec ola bilər" deyən alimlər qalıq yanacaq istifadəsinin dərhal dayandırılmasına çağırır.

İqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə tədbirləri sürətləndirilmədiyi təqdirdə, dünyanı daha ciddi təhlükələrin gözlədiyi bildirilir.
Популярный ролик