Hakan Fidandan Suriyadakı döyüşlərlə bağlı açıqlama
Facebook
Вконтакте
Одноклассники
Google+

"Türkiyə hökumətinin Suriyanın İdlib və Hələb əyalətlərində hökumətyönlü qoşunlarla müxalif qüvvələr arasında gedən döyüşlərlə heç bir əlaqəsi yoxdur".
Telexeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır. Ehtiyat tədbirləri görülür. Yeni miqrasiya dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, - H.Fidan bildirib.