Əsədin təyyarəsi 05:29-da bazadan raketlə vurulub – KİV
Facebook
Вконтакте
Одноклассники
Google+

Əsədin təyyarəsi Moskvaya uçan zaman vurulub.
Telexeber.az xəbər verir ki, bu iddia ilə “Bild” nəşri çıxış edib.
“Suriya ordusuna məxsus təyyarə yerli vaxtla saat 04:59-da Dəməşqdən havaya qalxıb. Təyinat bəlkə də Rusiya olub. Yerli vaxtla saat 05:29-da uçuş məlumatlarının qeydə alınması başa çatıb. Təxminən eyni vaxtda Suriya ordusunun döyüşsüz tərk etdiyi hərbi bazadan Əsədin qaçan təyyarəsinə raket atılıb”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, hadisə şahidləri Xümsün qərbindəki Əl-Suveyri kəndi ərazisində partlayış səsləri eşidiblər.
Qeyd edək ki, Suriya müxalifəti Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib. Bəşər Əsədin harada olduğu haqda məlumat yoxdur. Onun İl-76 təyyarəsi ilə ölkəni tərk edərkən qəza nəticəsində öldüyü bildirilir.