Aksiyalarda yaralanan polislərin sayı 150-i keçdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb.
Telexeber.az report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
“Etirazlarda zorakı qruplar “Molotov kokteylləri” adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar”, - Daraxvelidze vurğulayıb.
Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub.