​ABŞ Colani üçün vəd etdiyi 10 milyon dollar mükafatı ləğv etdi

ABŞ Heyət Təhrir əl-Şamın lideri Colaninin məhv edilməsi üçün vəd etdiyi 10 milyon dollar mükafatı ləğv edib.

Telexeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Barbara Leaf açıqlama verib. Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən Barbara Leaf HTŞ lideri ilə görüşüb. O görüşün təfərrüatlarını açıqlayıb. Barbara Leaf, Colani ilə bağlı 10 milyon dollar mükafatın silindiyini və yeni qərarın Colaniyə çatdırıldığını bildirib.


Leafin sözlərinə görə, Colani ona əsas məqsədinin iqtisadi inkişaf olduğunu bildirib.
Популярный ролик