Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.
Telexeber.az xəbər verir ki, Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bu informasiyalar həqiqəti əks etdirmir.
“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”