"HƏMAS" İsrailə girovların siyahısını hələ də vermir
Facebook
Вконтакте
Одноклассники
Google+

"HƏMAS" hələ də İsrailə radikalların azad etməyə hazır olduqları girovların siyahısını verməyib.
Telexeber.az xəbər verir ki, bu barədə “TASS”a İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman bildirib.
“Danışıqlar zamanı İsrail oğurlanan heç bir vətəndaşının adını almayıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, Fələstinin “HƏMAS” radikal qruplaşması Qəzza zolağında 100-dən çox israillini girov saxladığını bildirib.
Bizim Telegram kanalımıza