Donald Tramp: "OPEC+ ölkələri neft hasilatını 20 mln. barelədək azalda bilər"
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Donald Tramp "OPEC+" ölkələrinin gündəlik neft ixracını 20 mln. barelə qədər azalda biləcəyini deyib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə "Twitter"də bildirib.
"Müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, “OPEC+” azaltmaq istədiyi rəqəm xəbər verildiyi kimi, 10 mln. barel deyil, 20 mln. bareldir. Buna yaxın bir şey baş verərsə və dünya COVID-19 fəlakətindən sonra yenidən işə geri dönərsə, enerji sənayesi indi gözləniləndən daha sürətli, daha güclü olacaq. Bu böyük işi yoluna salarkən mənimlə birlikdə işləyənlərin hamısına, xüsusən Rusiya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm", - Donald Tramp qeyd edib.