Türkiyə ordusu 11 PKK terrorçusunu öldürüb
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
29 yanvar - 7 fevral tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Kara bölgəsində 7, Hakurk bölgəsində 4 olmaqla ümumilikdə 11 PKK terrorçusu zərərsizləşdirilib.