Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq - Rutte
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya Prezidenti Vladimir Rutin NATO-nun hər hansı müttəfiqinə hücum edərsə, cavab dağıdıcı olacaq.
Telexeber.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. NATO-nun Rusiyanın mümkün hücumuna hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Rutte bildirib ki, alyansın cavab vermək üçün yaxşı mövqeyi var. Rutte, "Əgər Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq. O, uduzacaq. Ona görə də qoy buna cəhd etməsin", - deyə bildirib. Rutte bəzi Avropa ölkələrinin müdafiəyə daha çox pul xərcləməsinin lazım olduğunu bildirib.
Rutte uzunmüddətli perspektivdə NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirmək üçün müdafiə xərclərini və istehsalın artırılmasına ehtiyac olduğunu ifadə edib.