Putin Trampı Rusiyaya dəvət etdi - Kreml

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı açıqlama verib.

Telexeber.az xəbər verir ki, iki liderin əsir mübadiləsi mövzusunu müzakirə etdiklərini qeyd edən Peskovun sözlərinə görə, Tramp ABŞ tərəfinin əldə edilən bütün razılaşmaları həyata keçirəcəyinə zəmanət verib. Putinin ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu Trampa çatdırdığını ifadə edən Peskov, nümayəndə heyətlərinin Ukrayna məsələsi də daxil olmaqla iki ölkəni maraqlandıran məsələləri müzakirə edə biləcəyini bildirib.
Peskov Putinin Trampı Moskvaya dəvət etdiyini də vurğulayaraq, “Putin və Tramp Ukrayna məsələsini müzakirə etməklə yanaşı, şəxsi təmasları, o cümlədən üz-üzə görüşləri davam etdirmək qərarına gəliblər” - deyə bildirib. 1,5 saat davam telefon danışığı zamanı liderlər Yaxın Şərqdəki hadisələri və İranın nüvə proqramı ilə bağlı məsələni də müzakirə ediblər.
Популярный ролик