Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Ərdoğan
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasındakı mümkün danışıqlar üçün ideal ev sahibi olacaq.
Telexeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. Ankarada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə təşkil olunan birgə mətbuat konfransında o bildirib ki, Türkiyə Ukrayna müharibəsinin diplomatik yolla həlli üçün səy göstərir. “Mən Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə etmişəm” deyən Ərdoğan, danışıqların davamlı sülhlə nəticələnməsi üçün hər cür dəstəyi verəcəyini vurğulayıb. Ərdoğan “Sülhdə məğlub olanlar yoxdur. Hazırda bütün dünya Rusiya ilə Ukrayna arasındakı bu müharibədə sülhün bərqərar olmasını istəyir” - deyə bildirib.
Ərdoğanın sözlərinə görə, görüş zamanı Türkiyə ilə Ukrayna arasındakı kommersiya münasibətlərində atılacaq addımlar da müzakirə edilib.