ABŞ BMT-dən çıxmaq üçün həmlə etdi

Prezident Donald Tramp ABŞ-nin BMT və YUNESKO ilə əlaqələrini yenidən nəzərdən keçirməsini nəzərdə tutan sərəncamı imzaladıqdan sonra Vaşinqton bu istiqamətdə ilk addımları atıb.

Telexeber.az xəbər verir ki, Respublikaçılar partiyasının senatorları ABŞ-nin BMT-dən tamamilə çıxmasını tələb edən qətnaməni Konqresə təqdim ediblər. Məlumata görə, sənədi imzalayan senatorlardan biri Mayk Linin internet saytında dərc olunan qanun layihəsi mətnində bu ifadələr yer alıb: “Prezident Birləşmiş Ştatların BMT-dəki və BMT-yə rəsmi bağlı olan hər hansı digər qurum, agentlik, komissiya və ya digər təşkilatdakı üzvlüyünü tamamilə dayandıracaq”.

Qanun layihəsi BMT və onun agentliklərinin maliyyələşdirilməsini azaldacaq və Senatın təsdiqi olmadan BMT-yə yenidən daxil olmağı qadağan edəcək. Həmçinin ABŞ-nin BMT-nin sülhməramlı missiyalarında iştirakının qadağan edilməsi təklif edilir.
Популярный ролик