Avropa Ukraynaya ordu göndərə bilər
Facebook
Вконтакте
Одноклассники
Google+

London Ukraynaya qoşun göndərilməsinin tərəfdarıdır.
Telexeber.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer belə açıqlama verib. O İcmalar Palatasındakı çıxışında bildirib ki, Böyük Britaniya Ukraynaya qoşun göndərilməsini dəstəkləyir. "Böyük Britaniya lazım gəldikdə Ukraynaya müttəfiqləri ilə birlikdə quru qoşunları və təyyarələrin göndərilməsində aparıcı rol oynayacaq" deyən Starmer, bu cür missiyaların uğurlu olması üçün ABŞ-nin güclü dəstəyinin də vacib olduğunu vurğulayıb. Britaniyanın baş naziri həmçinin əlavə edib ki, Vaşinqtonun dəstəyi olmadan Avropa ölkələri Kiyevə etibarlı təhlükəsizlik zəmanəti verə bilməyəcək.
Starmer qeyd edib ki, Avropa sülh əldə edildikdən sonra Ukraynaya silah tədarükünü davam etdirəcək.