Zelenski Trampdan üzr istədi

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampa məktub göndərərək üzr istəyib.

Telexeber.az xəbər verir ki, bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff açıqlama verib. ABŞ-nin “Fox News” kanalına danışan Trampın xüsusi nümayəndəsi Witkoff Səudiyyə Ərəbistanında təşkil ediləcək ABŞ-Ukrayna danışıqları öncəsi prezidentlər arasındakı gərginliklə bağlı danışıb. O, “Zelenski prezidentə məktub göndərib və Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, mühüm addımdır. Komandalarımızla ukraynalılar və avropalılar arasında bu məsələ ilə bağlı çoxlu söhbətlər olub", - deyə bildirib.
Qeyd edək ki, Donald Tramp Vladimir Zelenskinin ona nadir torpaq mineralları sazişi imzalamağa hazır olduğu barədə məktub göndərdiyini bildirmişdi.
Популярный ролик