Hakan Fidan Andriy Sibiha ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Antalyada Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə görüşüb.

Telexeber.az xəbər verir ki, görüş zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə olunması və davamlı sülhün təmin edilməsi istiqamətində səylər müzakirə edilib.
Hakan Fidan qeyd edib ki, Türkiyə sülhün bərqərar olması üçün vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstək göstərməyə hazırdır.

Görüşdə həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq məsələləri də müzakirə olunub.
Популярный ролик