ABŞ Qətər ilə 1,2 trilyon dollarlıq saziş imzaladı
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ ilə Qətər arasında 1,2 trilyon dollarlıq müqavilə imzalanıb.
Telexeber.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Müqavilə iqtisadi əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya görə, “Qatar Airways” ABŞ-dən 96 milyard dollara 210 müasir “Boeing 787 Dreamliner” və “777X” təyyarəsi alacaq. Qətər həmçinin ABŞ-dən PUA-lar və digər hərbi avadanlıqlar alacaq. Tərəflər hərbi əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Ağ Ev ABŞ və Səudiyyə Ərəbistanı arasında 600 milyard dollarlıq sazişlər paketi imzalandığını açıqlamışdı.