ŞOK İDDİA: 3 həkim xəstəxananın pəncərəsindən şübhəli şəkildə yıxılaraq ölüb - "Virusa yoluxmuşam, məcburi işlədirlər"
Facebook
Вконтакте
Одноклассники
Google+
CNN televiziyası Rusiyada son iki həftə içində koronavirus xəstələrini müalicə edən 3 həkimin şübhəli bir şəkildə xəstəxananın pəncərəsindən yıxıldıqlarını iddia edib.
Telexeber.az xəbər verir ki, iş şəraitinin pis olmasından şikayətlənən bu həkimlərdən 2-si ölüb, biri isə ağır yaralanıb. Onlardan biri, Moskvada çalışan Aleksander Şulepov adlı 37 yaşlı bir təcili yardım həkimi koronavirusa yoluxmasına baxmayaraq məcburi şəkildə işlədildiyini dediyi bir videonu yayımladıqdan 10 gün sonra işlədiyi xəstəxananın pəncərəsindən yıxılıb.
Yerli medianın yazdığına görə, onun vəziyyəti ağırdır.