İranda güclü zəlzələ oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.