Dünyada pandemiya qurbanlarının sayı 256 mini ötdü - SON STATİSTİKA
Facebook
Вконтакте
Одноклассники
Google+

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 710 min 380 nəfərə çatıb.
Telexeber.az xəbər verir ki, virusdan ölənlərin sayı 256 min 920 nəfərdir. İndiyədək 1 milyon 235 min 477 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.