İranın nüvə obyektlərinə hücumlar dayandırılmalıdır - Mariya Zaxarova
Facebook
Вконтакте
Одноклассники
Google+

"İranın nüvə obyektlərinə hücumların adi hala çevrilməsi fəlakətli nəticələrə səbəb ola bilər. Hücumların dayandırılması İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın bərpası üçün zəruridir".
Telexeber.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya, Çin və İran arasında aparılan danışıqlar nüvə sazişinin qorunması və BMT sanksiyalarının bərpasının qarşısının alınması məqsədi daşıyır. BMT-də sanksiyaların bərpasına səbəb ola biləcək “snapback” mexanizminin işə salınması riski artır. Bu halda İran nüvə yayılmasının qarşısının alınması haqqında sazişdən çıxa bilər.