Moskvada koronavirusdan ölənlərin sayı artdı
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Telexeber.az xəbər verir ki, Moskvada son sutka ərzində 51 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 956 nəfərə çatıb.
Rusiyada indiyədək 177 minə yaxın insan koronavirusa yoluxub, 1600-dən çox ölüm qeydə alınıb.