Bu ölkədə helikopter qəzası oldu - Ölənlər var

Pakistanda daşqından əziyyət çəkən bölgəyə xilasetmə işləri aparmaq üçün ezam olunan heyət helikopter qəzasına düşüb.

Telexeber.az istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 5 nəfərin hamısı həyatını itirib.
Hadisə ölkənin Hayber-Paxtunxva vilayətində baş verib.

Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
Популярный ролик