Almaniya iqtisadiyyatında son 30 ildə ən böyük azalma müşahidə edildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyada sənaye istehsalı koronavirus epidemiyasının təsiri ilə, xüsusən sərmayə malları və avtomobil istehsalının azalması nəticəsində martda 9,2% geriləyərək 1991-ci ildən bu yana ən böyük azalmanı göstərib. Mart ayı üçün azalma gözləntisi isə 7,5% idi.
Telexeber.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika Ofisi (Destatis) məlumat yayımlayıb. 2019-cu ilin mart ayına nisbətən bu il sənayedə 11,6% kiçilmə müşahidə edilib.
Martda istehlak malları istehsalı 7,5% düşüb, sənaye xaricində inşaatda əvvəlki aya görə 1,8% artım müşahidə edilib. Enerji istehsalı səviyyəsində isə 6,4% azalma meydana gəlib. Ölkənin avtomobil sektorunun istehsalında 31,1% azalma müşahidə edilməsi də diqqət çəkib.
Almaniya İqtisadiyyat və Enerji Nazirliyinin açıqlamasında ilin yanvar-mart ayları dövründə inşaat istehsalında 5,5% artım olduğu qeyd edilib.
Mənbə: Dünya.com